Azərbaycanda 3 kredit təşkilatı bağlanıb

Milli Bank Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının bir neçəsinin fəaliyyəti dayandırılıb. Milli Bankın İdarə Heyəti belə bir qərarı 2008-ci ilin sonlarında verib.
Milli Bankdan bildiriblər ki, həmin qərara əsasən, İmişlidəki «Qayğı», Şəmkirdəki «Turan» və Balakəndəki «Balakən» kredit təşkilatlarının lisenziyaları ləğv edilib. Kredit təşkilatlarının bağlanmasına səbəb isə onların nizamnamə qaydalarını pozması və ölkənin mərkəzi bankı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Belə ki, hər üç kredit təşkilatı ardıcıl olaraq iki ay hesabat verməkdən imtina edib. Bundan başqa, öhdəliklərə uyğun olaraq, kredit təşkilatları illik audit yoxlamalarından da keçməyib.

Milli Bankda deyirlər ki, belə hallar ciddi qanun pozuntusu sayıldığından İdarə Heyəti həmin təşkilatların fəaliyyətinə qadağa qoyub.
Lent.az