Azərbaycanlı nazir Antarktidada

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Antarktidaya bir aylıq səfərə gedib. «Turan» onun nazirliyin əməkdaşı Tərlan Ramazanovla yola çıxdığını bildirir. Nazirliyin mətbuat xidməti H.Bağırovun Antarktidaya səfəri faktını təsdiqləsə də, ətraflı məlumat verməyib.
Turizm şirkətlərindən birinin təşkilatçılığı ilə baş tutan ekspedisiyanın ötən il dekabrın 25-də başladığı bildirilir. Ekspedisiya iştirakçılarının Cənub qütbünə çatmağa və ya qitənin dağ zirvələrindən birini fəth etməyə çalışacaqları xəbər verilir.

Cənub qitəsində hazırda yay fəslidir, Antarktidada temperatur –30-50 dərəcə arasında dəyişir.