Yanvarın 7-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının 10-cu günü - Aşura ilə bağlı ölkə üzrə qanvermə aksiyası keçirəcək. QMİ-dən «Azadlıq» radiosuna verilən məlumata görə, toplanan qan Respublika Qan Bankına təqdim olunacaq. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyi xüsusi hazırlıq tədbirlərini başa çatdırıblar.
QMİ-dən onu da bildiriblər ki, ölkənin heç bir məscidində Aşura günü zəncirvurma aksiyası keçirilməyəcək. Müsəlmanlar imamlara yalnız mərsiyə və nohələrlə ehtiram bildirəcəklər.