Amerika şirkəti 13 mindən çox işçisini ixtisar edir

«Alcoa» – dünyanın üçüncü böyük alüminium istehsalçısı elan edib ki, şirkətin qlobal iqtisadi böhrana tab gətirməsi üçün 13 mindən çox iş yerini ləğv etmək və istehsalını azaltmaq məcburiyyətindədir. Amerikanın sözügedən şirkətinin prezidenti Klaus Kleinfeld hazırki iqtisadi durumu fövqəladə hal kimi dəyərləndirib və deyib ki, iqtisadi vəziyyət cəldlik və qətiyyətlilik tələb edir.
«Alcoa» Rusiyanın «Rusal» və Kanadanın «Rio Tinto Alcan» şirkətindən sonra dünyanın üçüncü böyük alüminium istehsal edən şirkətidir.