Sahibkarlar Şərqi Avropada korrupsiyanın artdığını deyirlər

Rüşvət probleminin xüsusən Rusiyada qabarıq üzə çıxdığı bildirilir

Xaricdə kommersiya fəaliyyəti ilə məşğul olan amerikalılar 2008-ci il ərzində Rusiya, Ukrayna, Bolqarıstan və Rumıniyada korrupsiyanın artdığını deyirlər.

ABŞ Dövlət Departamentinin Xarici Təhlükəsizlik Şurasının məlumatına görə, amerikalı iş adamları deyirlər ki, Şərqi Avropa ölkələrindən olan məmurların müqavilə və ya buraxılış vərəqələri üçün rüşvət istəməsi halları artıb. Bu problemin xüsusən Rusiyada qabarıq üzə çıxdığı bildirilir.
Şuranın məqsədi Dövlət Departamenti və amerikalı biznesmenlər arasında təhlükəsizlik əməkdaşlığını irəli çəkməkdir.