MTRŞ-ın qərarına etiraz edən gənclər buraxılıb

MTRŞ-ın qərarı ilə bu il yanvarın 1-dən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının Azərbaycanda FM tezliyində yayımı dayandırılıb

Axşam saatlarında müsavatçı fəalların hamısı sərbəst buraxılıb.

***


Yanvarın 9-da Müsavat Partiyasının beş fəalı polis tərəfindən saxlanıb. Onlar xarici radioların Azərbaycanda yayımının dayandırılmasına etiraz olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edərkən polis tərəfindən saxlanıblar.
Müsavat Partiyasından gənclərin Səbail rayon Polis İdarəsinin 39 saylı Polis Bölməsində saxlandığı bildirilir.
Həmin Bölmədən «Azadlıq» radiosuna müsavatçı gənclərin saxlandığını təsdiqləyiblər. Polis növbətçisi aksiyaçılarla «söhbət aparıldığını» deyib.
MTRŞ-ın qərarı ilə bu il yanvarın 1-dən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının Azərbaycanda FM tezliyində yayımı dayandırılıb.