Amerika kəşfiyyatına Panetta rəhbərlik edəcək

Yeni seçilmiş Amerika prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat Agentliyinin yeni rəhbərinin Leon Panetta olacağını bildirib.

Obama yanvarın 20-də vəzifəsinin icrasına başlamalıdı.

Leon Panetta keçmiş prezident Bil Klintonun zamanında Ağ Evdə İcra Aparatının rəhbəri olub.