Gürcüstan NATO üzvlüyünə doğru bir addlm da atdı

ABŞ-la Gürcüstan yanvarın 9-da təhlükəsizlik sahəsində xartiya imzalayıblar. Sənəd iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

İmzalanma mərasimindən əvvəl ABŞ və Gürcüstan rəsmiləri bu sənədin Gürcüstanın NATO-ya üzvlüyünə doğru bir addım olduğunu deyiblər.

Bu xartiyada Gürcüstan ordusunun NATO standartları səviyyəsinə çatdırılmasına kömək nəzərdə tutulur.

Belə bir sənəd ötən ay ABŞ-la Ukrayna arasında da imzalanıb.