Avropada İsrailə qarşı etiraz aksiyaları keçirilib

İraqda anti-İsrail nümayişi. 29 dekabr 2008

Yanvarın 10-da Avropanın müxtəlif şəhərlərində İsrailin Qəzzada apardığı hərbi əməliyyatlara qarşı etiraz aksiyaları keçirilib.
London, Paris, Berlin, Budapeşt və Afinada nümayişlər olub. Təkcə Londonda keçirilmiş nümayişdə 12 minə yaxın adam iştirak edib.

Həmçinin müsəlman ölkələri-İraq, İordaniya və Əlcəzairdə İsrail əleyhinə nümayişlər keçirilib.

Əlcəzairdə polislə nümayişçilər arasında baş vermiş toqquşmada 60-dan çox adam yaralanıb.

Dekabrın 27-dən bu yana İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində 800-dən çox fələstinli ölüb.