- Son illər biz tez-tez azərbaycançılıq ideologiyasından danışır, ona müraciət edirik. Hesab edirik ki, o yeni şəxsiyyətin formalaşmasının əsaslarından biridir.
Bu fikir Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin «Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalıq» adlı məqaləsindən götürülüb.
Ancaq azərbaycançılıqdan nə qədər danışılsa da, hakim komandanın hansı ideoloji əsaslara söykəndiyi haqda ölkə vətəndaşları kifayət qədər aydın və birmənalı təsəvvürlərə malik deyillər. Hər halda Bakı küçələrində söhbət etdiyimiz sadə vətəndaşların cavabı belə düşünməyə əsas verir:
- Mən azərbaycançılıq görmürəm.
- Mən azərbaycançılıq görmürəm.
- Vallah nədirsə heç başa düşülən deyil.
- Bizdə ideologiya müstəqillikdir. Yəni hakimiyyət çalışır ki, vətəndaşlar bu müstəqilliyin xeyrini dada bilsin.
- Nə ideologiya? Burda hər şey rüşvətlə ölçülür…
- Nə ideologiya? Burda hər şey rüşvətlə ölçülür…
- Bizim ideologiya ümummilli lider Heydər Əliyevçilikdir, Azərbaycanın inkişafıdır.
Politoloq Zərdüşt Əlizadə deyir ki, hakimiyyət əsas ideologiya kimi dövlət müstəqilliyini götürür. Ancaq onun fikrincə, hakim komandanın üzvləri dövlətin mənafeyi ilə şəxsi maraqlarını eyniləşdirirlər:
- Onlar dövləti ən böyük meyar, ən böyük dəyər kimi götürürlər. Öz imtiyazlarına mane olanları isə dövlətçiliyə zidd, vətən xaini adlandırırlar. Ancaq o biri tərəfdən dövlət mənəvi keyfiyyətlərə söykənməli və hər bir vətəndaşın mənafeyinə xidmət etməlidir. Onlar bu boşluğu doldurmaq üçün Heydər Əliyev, İlham Əliyev bütü yaradıblar. Bir də çox bacarıqlı və müqəddəs Əliyevlər ailəsi…
Hələ bir neçə il əvvəl prezident İlham Əliyev müsahibələrinin birində «seçilmiş ailələr» mövzusuna toxunurdu. O, həmin müsahibəsində «seçilmiş ailələr»ə nümunə kimi Hindistanda «Qandilər», Pakistanda «Bhuttolar» ailəsini göstərirdi. İ.Əliyev belə ölkələrdə hakimiyyətin varislərə ötürülməsinin zərurətlərindən bəhs edirdi. Ancaq Zərdüşt Əlizadə deyir ki, nə Qandilər, nə də Bhuttolar ailəsi heç vaxt seçkiləri saxtalaşdırmırdı:
Hələ bir neçə il əvvəl prezident İlham Əliyev müsahibələrinin birində «seçilmiş ailələr» mövzusuna toxunurdu. O, həmin müsahibəsində «seçilmiş ailələr»ə nümunə kimi Hindistanda «Qandilər», Pakistanda «Bhuttolar» ailəsini göstərirdi. İ.Əliyev belə ölkələrdə hakimiyyətin varislərə ötürülməsinin zərurətlərindən bəhs edirdi. Ancaq Zərdüşt Əlizadə deyir ki, nə Qandilər, nə də Bhuttolar ailəsi heç vaxt seçkiləri saxtalaşdırmırdı:
- Bir ölkənin ki, qanunları işləmir, ərazisi də işğal olunub, orada nə seçilmişlər? Əksinə onlar xalqın fəlakəti üzərində hakimiyyətə gəlib xalqı əzirlər.
Qayıdaq Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin məqaləsinə. Həmin məqalədə akademik «elita» kimdir sualına da cavab verməyə çalışır. Ramiz Mehdiyev yazır:
- «Elita» dedikdə, ölkənin bütün hakim qruplarını, dövlət qərarları qəbul edən və onlara görə xalqın qarşısında vətəndaş məsuliyyəti daşıyan insanları, habelə dövlət qulluqçusu olmayan, lakin sosial-siyasi, iqtisadi və başqa sahələrə təsir göstərən insanları nəzərdə tuturam.
Ancaq akademik sonra da yazır:
- Müasir Azərbaycanın xüsusiyyəti ondadır ki, mili tarixin dramatik məqamlarını xeyli dərəcədə elitaların (hakim qrupların) və ya onların opponentlərinin (əks-elitaların) hərəkətləri müəyyən edib.
Zərdüşt Əlizadənin fikrincə, bu o deməkdir ki, hakim komandada olanlar Azərbaycanda yalnız özlərini elita sayırlar.
Zərdüşt Əlizadənin fikrincə, bu o deməkdir ki, hakim komandada olanlar Azərbaycanda yalnız özlərini elita sayırlar.
Başqa bir siyasi analitik Hüseynbala Səlimov isə deyir ki, elita anlayışı əslində mütərəqqi anlayış deyil. Onun fikrincə, dünyanın heç bir konstitusiyasında elita anlayışı yoxdur, vətəndaş anlayışı var. H.Səlimova görə, əslində indi hakimiyyət demokratiyaya alternativ ideologiya axtarışındadır:
- Demokratiyaya alternativ axtarmağın heç bir mənası yoxdur. Bu, demokratik quruluşa zidd bir anlayışdır. Yəni hakim sistem olmalıdır demokratiya. Demokratiya çərçivəsində, konstitusiya çərçivəsində bütün fikirlərə, bütün baxışlara yer olmalıdır.
Hüseynbala Səlimov düşünür ki, əks halda həmin cəmiyyətin demokratik inkişafından danışmaq yersiz olar.