ARDNŞ-in anbarında qısaqapanma olub

Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Səbail rayonunda yerləşən İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin anbarında qısaqapanma baş verib. ARDNŞ-dən bildiriblər ki, hadisə zamanı 6 nəfərin əli yanıb. Həmçinin oradakı əşyalar və 4 kvm. sahə də yanıb.
Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev «Azadlıq» radiosuna deyib ki, «hadisəni böyütməyə ehtiyac yoxdur, əlləri yanan fəhlələrin heç biri xəstəxanaya yerləşdirilməyib. Səhhətləri də yaxşıdır».