Hələ iki il qabaq Corc Buş demişdi ki, tarix ona haqq qazandıracaq – necə ki, 50 il qabaq Amerikaya rəhbərlik etmiş Trümenə bəraət qazandırdı.
Buş deyir ki, Trümen elə bir bünövrə yaratdı ki, sonrakı prezidentlər Sovet İttifaqını soyuq müharibədə məğlub edə bildilər.
İndi də onun fikrincə, Amerika belə bir yeni dövrün başlanğıcındadı.
Corc Buş yanvarın 15-də televiziya ilə vida çıxışında deyib ki, prezident olduğu 8 ildə bacardığı qədər Amerikanın maraqlarına uyğun şəkildə davranıb.
Amma ictimai rəy sorğuları göstərir ki, Buşun reytinqi prezidentliyinin sonunda rekord həddə düşüb - əhalinin cəmi 30 faizi onu dəstələyir.
Bu, 1974-cü ildə Riçard Niksonun rüsvayçı şəkildə istefaya getdiyi vaxtdan bəri ən aşağı göstəricidi. Halbuki 8 il qabaq radikal islamçılar 11 sentyabr terrorunu törədəndə Buşun reytinqi nə az-nə çox 90 faiz idi.
Buş vida çıxışında deyib ki, ola bilər ki, onun 8 illik prezidentlik dövrü hamar olmayıb. Amma o, Amerika xalqından xahiş edib ki, onun çətin qərarlar verməyə məcbur olduğunu qiymətləndirsinlər.
Buş İraq və Əfqanıstanda müharibəyə başlamasına haqq qazandırıb:
«Əfqanıstan bu dövr ərzində qadınların küçələrdə daşa basıldığı, «əl-Qaidə» təşkilatına sığınacaq verildiyi bir ölkədən – terrorla mübarizə aparan gənc demokratik dövlətə çevrilib. Əfqan hökuməti qızları təhsil almağa həvəsləndirir. Bir vaxtlar qəddar diktaturanın hökm sürdüyü, Amerikaya qatı düşmən olan İraq isə indi Yaxın Şərqin göbəyində demokratik ərəb dövlətinə - Amerikaya dost olan bir ölkəyə çevrilib».
Bu arada dünya mediasında da Buşun prezidentliyini təhlil edəndə onun dünyanın ən qəddar diktatorlarından biri olan Səddam Hüseyni taxtdan salmasını müsbət hal kimi qiymətləndirənlər olur.
Buşun ən çox mübahisələrə səbəb olan qərarlarından biri də müharibə dövründə terrorda ittiham edilib tutulanlar üçün Quantanamoda xüsusi düşərgənin yaradılması və məhbusların mühakiməsiz saxlanmasıdı.
Buş çıxışında deyib ki, ola bilər ki, belə hüququ mübahisələr davam etsin, amma onun gördüyü işin nəticəsi göz önündədi – 11 sentyabr hadisələrindən sonra Amerika bir daha belə bir təhlükə ilə üz-üzə qalmayıb.
Bu, doğrudu, amma o da həqiqətdi ki, Buşun siyasəti Yaxın Şərqdə radikal islamçılığın genişlənməsi və terrorçuların çoxalması ilə nəticələnib.
Buş öz xələfinə – yeni seçilən prezident Obamaya təhlükəsizliyə ciddi fikir verməyi də tövsiyə edib. Amma məsələ burasındadı ki, sorğular göstərir ki, indi amerikalıları təhlükəsizlik məsələlərindən daha çox ölkəni bürüyən maliyyə böhranı narahat edir.
Bu, 1930-cu illərdən bəri ən dərin böhrandı. 8 il qabaq keçmiş prezident Klinton vəzifədən gedəndə - vida çıxışında demişdi ki, fəxr edir ki, ölkəsinin milli borcu yoxdu.
İndi isə Amerika xirtdəyəcən borcun içindədi, bu il ərzində borcun məbləği 1 trilyon dollara çata bilər.
Bu arada isə «Pyu» Araşdırma Mərkəzi yeni seçilən prezident Barak Obama ilə bağlı sorğu keçirib. Məlum olub ki, insanların Obamanın ölkənin problemlərini həll edəcəyinə ümidləri böyükdü.
Ən azı 10 amerikalıdan 7-si hesab edir ki, Obamanın iqtisadi vəziyyəti düzəltmək, terrora qarşı mübarizə aparmaq və İraq məsələsinin öhdəsindən gəlməyə qabiliyyəti çatır.
Sorğuda iştirak edənlərin çoxu onu təkcə problem həll edən prezident kimi yox, həm də birləşdirən prezident kimi görür. İndi Buşun 8 illik prezidentliyi ilə müqayisədə daha çox adam ümid edir ki, ölkənin iki əsas partiyasının təmsilçiləri – demokratlar və respublikaçılar birgə işləyib Amerikanı irəli aparacaqlar.
«Pyu» Araşdırma Mərkəzi sorğunu 1500 nəfər arasında telefonla keçirib. Respondentlərin təxminən 80 faizi hesab edir ki, Obamanın keçid dövründə, yəni öz prezidentliyinə hazırlıq dövründəki fəaliyyəti bəyəniləndi.
Bu, Buşun 8 il əvvəl hakimiyyətə gəlişindəki göstəricidən hardasa 20 faiz yüksək göstəricidi.
Obama öz hökumətində rəqib partiyadan olan respublikaçılardan olan bəzi məmurları vəzifəsində saxlayıb, Bill Klinton administrasiyasının xeyli üzvünə yenə vəzifə verib.
Sorğuda iştirak edənlərin çoxu yeni seçilən prezidentin bu qərarlarını dəstəkləyirlər. Obamanın iqtisadi vəziyyəti düzəltmək üçün təklif etdiyi 800 milyard dollarlıq planı da respondentlərin 60 faizə yaxını qənaətbəxş sayır.
Amma amerikalıların böyük hissəsi hesab edir ki, Obamanın yaxşı, yaxud pis prezident olacağını indidən demək tezdi. Bununla belə, nikbin olanların sayı bədbin olanlardan daha çoxdu.
Hələ 2007-ci ildə - prezidentliyə nazmizədliyini elan etməyə hazırlaşdığı vaxtlarda Obama ölkədəki siyasi vəziyyəti belə səciyyələndirmişdi:
«Məni narahat edən bizim problemlərin miqyası yox, siyasətin cılızlığıdı. Amerika bundan qabaq da böyük problemlərlə üzləşib, amma bu gün Vaşinqtondakı liderlər birlikdə vahid məqsəd uğrunda işləməyə qadir görünmürlər. Siyasət elə cılız, partiya maraqlarına uyğun şəklə düşüb, puldan və müxtəlif təsirlərdən asılı vəziyyətə salınıb ki, həllini gözləyən problemlərin öhdəsindən gəlmək müşkülə dönüb. Biz Amerikanı narahat edən problemlərin həlli üçün birləşməli və ümumi mənafelərimizə xidmət etməliyik».