Obama Avraam Linkolnun səfərini təkrarlayıb

Barak Obama deyib ki, Amerikanı ciddi sınaq gözləyir

ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama Vaşinqtona gəlib.
Yanvarın 20-i Vaşinqtonda onun andiçmə mərasimi keçiriləcək.
B.Obama Vaşinqtona ailəsiylə birlikdə qatarla Filadelfiyadan gəlib.
Səfər simvolik xarakter daşıyır.
O, 1861-ci ildə ABŞ-ın keçmiş prezidenti Avraam Linkolnın qatarla Vaşinqtona tarixi səfərini təkrarlayıb.
Yol boyu onu minlərlə insan alqışlayıb, dayanacaqlardan birində isə gələcək vitse-prezident Cozef Bayden də ona qoşulub.
Barak Obama yola düşəndə deyib ki, Amerikanı ciddi sınaq gözləyir.
Və bu sınaqdan çıxmaq üçün Birləşmiş Ştatların banilərinin göstərdiyi mətinlik lazımdır.