Azərbaycan Ordusunun əsgəri Cahangir Qaflanov əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində həlak olub.
ANSPRESS-in məlumatına görə, hadisə yanvarın 17-i səhər Ağdam rayonundakı N saylı hərbi hissədə əsgərlər postu dəyişərkən ehtiyatsızlıq üzündən baş verib.
Cahangir Qaflanov hərbi xidmətə 2008-ci ilin iyulunda Quba rayon Hərbi Komissarlığından çağırılmışdı.
Faktla bağlı araşdırma aparılır.