Bakı Şəhər İcra Hakimiyyəti Milli Qurtuluş Partiyasının (MQP) xarici radioların Azərbaycan tezliyində yayımının dayandırılmasına etiraz olaraq Milli Televiziya və Radio Şurasının ofisi qarşısında keçirmək istədiyi etiraz aksiyasına icazə verməyib.
Partiyanın mətbuat xidmətindən deyiblər ki, meriya cavab məktubunda MQP-yə öz etirazını «sivil yollarla - yəni informasiya vasitələri ilə» bildirməyi tövsiyə edib.
MQP başqanı Vüqar Bəyturanın sözlərinə görə, bundan sonra onlar İctimai Televiziyaya müraciət ünvanlamaq qərarına gəliblər: «Meriyanın qeyd etdiyi kimi, sivil yolla - efirdən Milli Teleradio Şurasının qərarına etirazımızı bildirmək istəyirik». «Media forum»