İlham Əliyev Serj Sərkisyanla görüşə razılıq verib

Prezidentlər sonuncu dəfə Moskvada görüşüblər, 2 noyabr 2008

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 28-də keçiriləcək Davos iqtisadi forumunda erməni həmkarı Serj Sərkisyanla görüşə razılıq verib.
ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıda keçirdikləri görüşlər barədə jurnalistlərə açıqlamalarında bunu deyiblər.
Onlar bildiriblər ki, razılaşmalara əsasən geniş açıqlamalar verə bilməzlər.
Rusiyalı həmsədr Yuri Merzlyakovun sözlərinə görə, onlar Bakıda keçirdikləri görüşlərdən hiss ediblər ki, Qarabağ münaqişəsinin həllində irəliləyişə meyllər var.
Fransalı həmsədr Bernar Fasye isə əlavə edib ki, Qarabağ probleminin həlli yalnız sülh yolu ilə mümkündür.
Həmsədrlər yanvarın 19-u axşam Yerevana gedəcəklər. Onlar Ermənistan prezidenti Serj Sərkisyanın da bu görüşə razılıq verəcəyinə ümid etdiklərini deyirlər.