Obama Vaşinqtonun sirlərini açır

Barak Obama mübahisəli Quantanamo həbsxanasının bağlanması ilə bağlı göstəriş verib

Amerikanın yeni prezidenti Barak Obama yeni aşkarlıq dövrünün başlandığını elan edib. Mətbuat konfransında Obama deyib ki, uzun müddət Vaşinqtonda çoxsaylı sirlər olub.
Yeni prezident ilk iş günündə bir sıra sərəncamlar verib. Həmçinin Yaxın Şərq liderlərinə zəng vurub, regiondakı münaqişələrin nizama salınmasının tərəfdarı olduğunu bir daha bildirib.

Bundan başqa Barak Obama mübahisəli Quantanamo həbsxanasının bağlanması ilə bağlı da göstəriş verib.