Südə görə 2 nəfər ölümə məhkum edildi

Keçən il Çində korlanmış süd məhsulları 6 uşağın ölümünə səbəb olub, 300 minə qədər uşaq xəstələnib

Çində korlanmış süd məhsulları qalmaqalına görə, 2 nəfəri ölümə məhkum ediblər. Keçən il Çində korlanmış süd məhsulları 6 uşağın ölümünə səbəb olub, 300 minə qədər uşaq xəstələnib.
Məhsul istehsalçılarından 2 nəfər barəsində ölüm hökmü verilib, 2 nəfər - məhsulu istehsal edən şirkətin baş meneceri və direktoru isə ömürlük həbs cəzası alıb.
Ömürlük həbs olunanlardan biri qadındır. Məhkəmə daha 21 nəfər haqqında qərar verməlidir.
Keçən il Çin süd məhsullarında kimyəvi maddə tapıldığından onlar satışdan çıxarılıb.