«İstəyirəm məndən sonrakı Ombudsman daha sərt və müstəqil olsun»

«İstəyirəm məndən sonrakı Ombudsman daha güclü, sərt və müstəqil olsun»-, bu sözləri Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib. Müvəkkil bir neçə aydan sonra səlahiyyət müddətinin başa çatacağını bildirib.

O bundan sonrakı fəaliyyəti ilə bağlı da danışıb: «Hər hansı rəsmi vəzifədə çalışa, elmi sahədəki işlərimi davam etdirə və digər ictimai fəaliyyətlə məşğul ola bilərəm».

Müvəkkil martın əvvəlində illik məruzəsini Milli Məclisə təqdim edəcəyini də söyləyib. APA