Nuşirəvan Məhərrəmli yenidən MTRŞ-ın sədri seçilib

Nuşirəvan Məhərrəmli yenidən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri seçilib.
Azərbaycan prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş Nuşirəvan Məhərrəmli «Milli Televiziya və Radio Şurası haqqında» Əsasnamənin 17-ci bəndinə uyğun olaraq Şuranın sədri seçilib.
AzərTAc