Bakıda binanın zirzəmisindən 3 qumbara tapılıb

Qumbaralar Sabit Rəhman küçəsindəki 2 saylı evin zirzəmisində aşkar edilib.

Axtarış tədbirləri DİN-in Çevik Polis Alayı və Nərimanov rayon Polis İdarəsi tərəfindən həyata keçirilib.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.