Gəncə susuz qalıb

Gəncədə ümumən 54 min su istifadəçisi var

Gəncənin 70 faizi yarım aydır susuz qalıb. Səbəb isə Gəncə Elektrik Şəbəkəsinin şəhərə su paylayan iki böyük su anbarına və 15-dən çox artezian quyusuna verilən enerjini kəsməsidir.

Gəncə «Su-Kanal» Törəmə Səhmdar Cəmiyyətinin Elektrik Şəbəkəyə 13 milyon manat borcu var. «Su-Kanal» isə deyir ki, əgər əhali suya görə yığılan 9 milyon manat borcunu ödəməsə, suyun verilməsi mümkün olmayacaq.

Gəncədə ümumən 54 min su istifadəçisi var.