Amerikanın yaxın Şərq üzrə nümayəndəsi İsrailə gəlib

Corc Mitçellin İsrail liderləri və Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşəcəyi gözlənilir. Amerikalı rəsmi səfəri zamanı Qəzzaya nəzərət edən Həmas rəsmiləri ilə görüşməyəcək.
Mitçellin səfərindən bir gün əvvəlsə, İsrail patruluna hücum olub, 1 əsgər ölüb, 3-ü yaralanıb.
Yanvarın 28-də İsrail Misirlə həmsərhəd tunellərə havadan zərbələr endirib. İsrail hesab edir ki, həmin tunellərdən yaraqlılar silah qaçaqmalçılığı üçün istifadə edir.

Corc Mitçell İsraildən əvvəl, Misirdə olub. O, Qahirədə bəyan edib ki, Qəzzada atəşkəsin möhkəmlənməsi və uzadılması çox vacibdir.