Ölkəyə 350 kiloqramdan artıq narkotikin gətirilməsinin qarşısı alınıb

«Ötən il 350 kiloqramdan artıq narkotik maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb». Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Aydın Əliyevin sözlərinə görə, gömrük sistemində şəffaflığı təmin etmək üçün nəzarət də gücləndirilib. Belə ki, təkcə ötən il 80 nəfər işdən azad edilib və 165 nəfər gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Yanvarın 30-u Azərbaycanda gömrük işçilərinin peşə bayramıdır.