Təşəbbüs qruplarının MSK-ya müraciət müddəti başa çatır

Bu gün təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasına müraciət müddəti başa çatır

Fevralın 1-i Bakı vaxtıyla axşam saat 6-da referendumla bağlı təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət müddəti başa çatır.
İndiyədək cəmi üç təşəbbüs qrupu MSK-da qeydiyyatdan keçib. Bunlar «Yeni Azərbaycan», «Şəhər» və «Tərəqqi» təşəbbüs qruplarıdır.
Konstitusiyaya əlavə və dəyişikliklər edilməsilə bağlı referendum bu il martın 18-nə təyin olunub.
Konstitusiyaya 20-dən çox əlavə və dəyişiklik təklif edilir.
Əsas narazılıq yaradan məsələ bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağanın ləğvi təklifidir.