Bir intiharçı ölüb, üç dinc sakinsə yaralanıb

Kabilin ətrafında koalisiya qüvvələrinə hücum edilib. «Röyter»in məlumatına görə, təkcə intiharçının özü ölüb, üç nəfər dinc sakin isə yaralanıb.
Hücuma görə, cavabdehliyi talibançılar üzərlərinə götürüb.
Yanvarın 31-də isə ölkənin cənubunda yerləşən Qəndəhar şəhərində minanın partlaması nəticəsində Kanadanın bir əsgəri həlak olub.
Kanada indiyədək Əfqanıstanda 108 əsgər itirib.