YAP-çı deputat MTRŞ-ın qərarına qarşı çıxdı

Siyavuş Novruzov: «Türk dili ilə Azərbaycan dili arasında ləhcə fərqi var. Dublyaja ehtiyac yoxdur»

«Milli Teleradio Şurasının (MTRŞ) türk seriallarının dublyaj edilməsi haqqında qərarı düzgün deyil»-, bunu Milli Məclisin iclasında YAP-çı deputat Siyavuş Novruzov bildirib.
«Biz türkdilli xalqıq, bayrağımızın bir rəngi türkçülüyü ifadə edir. MTRŞ-ın qərarı ona oxşayar ki, Böyük Britaniyada çəkilmiş bədii filmi ABŞ-da göstərmək üçün Amerika dilinə tərcümə edirlər. Türk dili ilə Azərbaycan dili arasında ləhcə fərqi var. Dublyaja ehtiyac yoxdur. Kim türk dilini bilmirsə, bu onun öz problemidir. Bir millətin iki dili ola bilməz».

MTRŞ-ın qərarı ilə bu ilin yanvarın 1-dən Azərbaycan televiziyalarında göstərilən bütün seriallar ölkənin dövlət dilinə tərcümə olunmalıdır.