BMT-nin Nüvə Agentliyinin rəhbəri Amerika prezidenti Barak Obamanın dünyanı nüvə silahından azad etməklə bağlı öhdəlik götürməsini alqışlayıb.
Məhəmməd Əl-Baradei deyib ki, bu məqsədə çatmaq üçün Rusiya və Birləşmiş Ştatlar danışıqları bərpa etməlidirlər.