Artur Tahir oğlu Rasi-zadə 1935-ci ildə Gəncə şəhərində anadan olub. İxtisasca mühəndis-mexanikdir. Qısa fasilələrlə 13 ildir ki, Azərbaycanın Baş naziri vəzifəsindədir. 1996-cı ilin mayında Baş nazirin birinci müavini olan cənab Rasi-zadə, elə həmin ilin noyabrında Baş nazir vəzifəsinə təyin edilib.
2003-cü ilin avqustunda İlham Əliyevin Baş nazir təyin edilməsindən sonra üç ay Baş nazirin müavini vəzifəsində olub. Yaşı və səhhətilə bağlı Baş nazirlikdən öz razılığı ilə getdiyi barədə məlumatlar yayılsa da, İ.Əliyev prezident seçiləndən sonra, 2003-cü ilin noyabrında yenidən «öz postu»na qayıdıb. Hazırda həmin vəzifəni icra etməkdədir.
AXCP dövründə Baş nazir olmuş Pənah Hüseyn Artur Rasi-zadəni indiki hakimiyyət üçün ideal sayır:
«Çünki heç bir şeyə qarışmır, heç bir mühüm məsələlərin həllində öz mövqeyini ortaya qoymur. Siyasi fiqur deyil, siyasi ətrafı və özəl siyasi mövqeyi yoxdur. Prezidentlik iddiası, xarizması yoxdur və populyar deyil».
İndiki Baş naziri gördüyü hansısa mühüm bir işə görə xatırlamayan P.Hüseyn deyir ki, Artur Rasi-zadənin bir özəlliyi də elə onun yadda qalmamasıdır.
Vaxtilə Rasi-zadə ilə eyni iqtidarda çalışmış sabiq dövlət müşaviri Eldar Namazov da hesab edir ki, onun uzun müddət bu postda qalması necə işləməsindən yox, daha çox heç bir siyasi ambisiyada olmamasından irəli gəlir:
«Heç bir şəxsi siyasi ambisiyası olmayan bir insanın bu vəzifədə olması hakimiyyətdə daha müsbət hal kimi qəbul olunur. Ona görə də Artur Rasi-zadə bu gün də öz vəzifəsini icra edir».
E.Namazov deyir ki, Azərbaycanda qurulan siyasi model Baş nazirin hansısa nazirdən daha az səlahiyyətlərə malik olmasını diqtə edir. Halbuki ölkə Konstitusiyasına görə, Baş nazir prezidentdən sonra ikinci şəxs sayılır.
Azərbaycan Konstitusiyasının 105-ci maddəsinin birinci bəndində deyilir ki, ölkə prezidenti vaxtından əvvəl vəzifəsindən getdikdə üç ay ərzində növbədənkənar prezident seçkiləri keçirilir. Bu halda yeni prezident seçilənədək prezident səlahiyyətlərini Baş nazir icra edir.
Eldar Namazov deyir ki, ölkəni üç aylıq indiki Baş nazirə həvalə etmək olar və o, idarəçilik sistemini bilən adam kimi bunu pis bacarmaz. Ancaq məsələ ondadır ki, Baş nazir Konstitusiyada nəzərdə tutulan səlahiyyətlərə reallıqda malik deyil.
Onun fəaliyyətini təhlil edən ekspertlərin bir çoxu hesab edir ki, cənab Rasi-zadə yaxşı iqtisadçı və mütəxəssis olsa da, onun Baş nazir kimi ölkədəki iqtisadi siyasətə, iqtisadi proseslərə müdaxiləsi çox məhduddur.
Rasi-zadənin nə vaxtsa bütün nazirləri təkbaşına bir yerə yığıb müşavirə keçirməsini də ekspertlər xatırlamır. Bütün nazirlərin qatıldığı müşavirələri həmişə prezident özü keçirir. Hətta bəzən zarafatla deyirlər ki, ölkədə Baş nazirin görəcəyi elə bir iş yoxdur. O, kabinetinə gələndə gördüyü ilk iş nazirlərin öz yerində olub-olmadığını yoxlamaqdır.
Artur Rasi-zadə təbii fəlakət, hansısa fövqəladə hadisələrin baş verdiyi yerlərdə də az-az görünür və ya heç görünmür. Eldar Namazov deyir ki, bu, onun şəxsi xarakterindən irəli gəlir, yəni mətbuatda, televiziyada görünməyi o qədər də xoşlamır.
Sabiq dövlət müşaviri deyir ki, Artur Rasi-zadə yaxşı şahmatçıdır. O, sovet dövründə Mərkəzi Komitənin keçirdiyi şahmat turnirlərində həmişə birinci yeri tuturmuş. Şahı asanlıqla mat edən Baş nazir real həyatda bu fikri ağlından belə keçirməyib. Rasi-zadənin bir fikri olub: uduzmamaq və riskli addımlar atmamaq.
Amma Nazirlər Kabinetində hesab edirlər ki, Artur müəllimin bu postda uzunmüddətli qalması, onun yaxşı və təmiz işləməsi, həmçinin başqa məsələlərə qarışmaması ilə bağlıdır. Kabinetdən adının çəkilməyini istəməyən mənbə onu da deyir ki, Baş nazir prezidentin bütün tapşırıqlarını yerinə yetirir, başqa nə etməlidir ki?!
«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu isə hesab edir ki, indiki Baş nazirin uzun müddət öz postunda qalmasının sadə bir səbəbi var.
Birincisi, o, hakim ailəyə çox sadiqdir, ikincisi isə olduqca zəif fiqurdur.
A.Rəşidoğlu deyir ki, Artur Rasi-zadə o məmurlardandır ki, istənilən vaxt ona istefaya getmək təklif olunsa, bununla razılaşacaq. Necə ki, 2003-cü ildə İlham Əliyevin xeyrinə belə bir addım atdı.
Şərhçinin sözlərinə görə, ölkə qanunlarına əsasən, bütün nazirləri prezident təyin etsə də, onlar Baş nazirə tabedirlər. Ancaq nazirlər daha sərbəstdilər, nəinki Rasi-zadə:
«Mən təsəvvür edə bilmirəm ki, Artur Rasi-zadə Kəmaləddin Heydərovun, Ramil Usubovun, yaxud da Eldar Mahmudovun işinə qarışsın və onlara hansısa göstərişlər versin».
Azər Rəşidoğlu hesab edir ki, Artur Rasi-zadədən sonra təyin ediləcək növbəti Baş nazir də elə indiki kimi olacaq.
Onun fikrincə, bu posta xarizmalı, müstəqil siyasət yürüdən, öz fikri olan və təşəbbüslərlə çıxış edən kimsənin təyin edilməsi inandırıcı görünmür.