Mirzə Sakitin şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində «Azadlıq» qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitin apellyasiya şikayəti üzrə məhkəmə baxışı olub.
Məhkəmədən «Turan»a verilən məlumata görə Mirzə Sakitin Nərimanov rayon məhkəməsinin vaxtından əvvəl azadlığa buraxılmasıyla bağlı vəsatətinin rədd edilməsi qərarından verilən şikayət təmin olunmayıb.
Mirzə Sakit 2006-cı ildə narkotik vasitə gəzdirməkdə ittiham olunaraq, 3 il yarım müddətinə həbs edilib. Həbs müddətinin bitməsinə 6 ay vaxt qaldığından Mirzə Sakitin vəkili məhkəməyə müraciət edib, onun azadlığa buraxılmasını istəyib.