Ədliyyə Nazirliyi Ramil Səfərovun Azərbaycana verilməsi ilə bağlı Macarıstanla danışıqlara başlamaq niyyətindədir
Ermənistan ordusunun zabitini öldürməkdə günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilmiş azərbaycanlı zabit Ramil Səfərovla bağlı Budapeşt məhkəməsinin qərarına etiraz olaraq cümə günü Bakı, Gəncə və Lənkəranda etiraz aksiyaları keçirilib.
Amma Ramil Səfərovun vəkilləri Budapeşt şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti verdiklərindən, onun Azərbaycana ekstradisiyası üçün müraciət etmək hələ ki mümkün deyil. Üstəlik, Ramil Səfərovla bağlı daha bir məhkəmə də keçiriləcək. O, cəza çəkdiyi həbsxanada nəzarətçiyə müqavimət göstərməkdə də günahlandırılır və bu işlə bağlı mayın 7-ə məhkəmə prosesi təyin edilib.
Azərbaycan Ordusunun zabiti Ramil Səfərov 2004-cü il fevralın 19-da Ermənistan Ordusunun zabiti Qurgen Marqaryanı Macarıstanda qətlə yetirmişdi. Hər iki zabit NATO proqramı çərçivəsində Budapeştdə ingilis dili kursu keçirmiş.