Bad Tedovasyanın cəsədi Ermənistana təhvil verilib

Cəsədin verilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında həyata keçirilib

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin yaxınlığında öldürülən Dağlıq Qarabağ sakini Bad Tedovasyanın cəsədi fevralın 6-da Dağlıq Qarabağa ötürülüb.

Əməliyyat Ağdam rayonu ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında həyata keçirilib.

Bu barədə BQXK məlumat yayıb.

Neytral vasitəçi qismində iştirak edən BQXK öz mandatına uyğun olaraq ötürülməni bütün tərəflərin müraciətinə əsasən və onların tam əməkdaşlığı şəraitində həyata keçirib.

Bad Tedovasyan yanvarın 26-da həlak olub.