Babacan Bakıda bölgədəki problemləri müzakirə edəcək

Türkiyənin Xarici İşlər naziri Əli Babacan fevralın 9-da Azərbaycana gəlir.

Babacan Bakıda həmkarı Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlər və bölgədəki problemlər müzakirə olunacaq.

Məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.