Avstraliyada yanğından ölənlərin sayı 130-a çatıb

.Avstraliyada yanğından ölənlərin sayı 130-a çatıb. Rəsmilər rəqəmin artacağından narahatdırlar.

Meşə yanğınları Avstraliyada 750-dən çox evi dağıdıb, bəzi kəndlər külə dönüb. İsti külək yanğının genişlənməsinə şərait yaradır.

Hadisə baş verən əraziyə yanğınsöndürənlərdən başqa hərbçilər də göndərilib. Polis yanğınların qəsdən törədildiyinə əmindir.