İlham Əliyev Küveytə gedib

Fevralın 10-da prezident İlham Əliyev Küveytə rəsmi səfərə gedib.

Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev «Trend»ə deyib ki, prezidentin rəsmi səfəri zamanı Azərbaycan və Küveyt arasında iqtisadi əməkdaşlığın inkişafına dair bir neçə saziş imzalanacaq. Sazişlər ticari-iqtisadi əməkdaşlıq, turizm və maliyyə sahələrini əhatə edəcək.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2008-ci ilin yanvar-noyabr ayları ərzində Küveytdən Azərbaycana idxal 502,4 min dollar təşkil edib. İxrac olmayıb.