Azərbaycan yalnız Özbəkistandan geri qalır

Bakıda Beynəlxalq Jurnalistlərin Həmrəylik Günü, 8 sentyabr 2008

Jurnalistləri Müdafiə Komitəsi 2008-ci ildə jurnalistlərə hücumlarla bağlı hesabatını yayıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, jurnalistlərə hücum edənlər cəzasız qalır. Ölkədə azı 5 jurnalist həbsdədir.

Jurnalistləri Müdafiə Komitəsi vəziyyəti öyrənmək üçün keçən il Azərbaycana öz nümayəndəsini göndərib, məlum olub ki, jurnalist Eynulla Fətullayevə qarşı ittihamlar əsassızdır.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəməsi zamanı şahidləri dindirməyiblər.

Jurnalist Aqil Xəlil döyülməsi ilə bağlı hökumətə şikayət edib, nəticədə ona böhtan atıblar.

Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, Azərbaycan həbsdəki jurnalistlərin sayına görə, Avropa və Mərkəzi Asiya ölkələri arasında ikincidir, yalnız Özbəkistandan geri qalır.