Hatəmiyə hücum cəhdi olub

İki gün öncə Hatəmi prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib

İranda İslam İnqilabının 30-cu ildönümü münasibətilə keçirilən mərasimdə bir qrup qəzəbli kütlə ölkənin sabiq prezidenti Məhəmməd Hatəmiyə hücum etməyə cəhd göstərib.

Dəyənəklərlə silahlanmış qrup «Hatəmiyə ölüm» şüarı qışqırıb. Sabiq prezidentin tərəfdarları hücumun qarşısını alıblar.

İki gün öncə Hatəmi iyunda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.