«Konstitusiyaya əlavələrin edilməsi məsələsi və bu kimi hüquqlar həqiqətən də məhz Azərbaycan xalqının qərarı olmalıdır və bu qərar məhz Azərbaycan xalqına məxsusdur». Amerikanın səfiri Enn Ders konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməsinə münasibət bildirərkən belə deyib.
Diplomat bildirib: «Ən vacib məqam məhz ondan ibarətdir ki, Azərbaycan xalqı bu kimi dəyişikliklərin tətbiq olunmasının mənfi, müsbət, əleyhinə və lehinə olan məqamları tam şəkildə başa düşməlidir. İnsanların məhz tutarlı bir qərar qəbul etmələri üçün onlara məlumatlar və təhlillər təqdim olunmalıdır. Həmçinin digər müxtəlif insanların ideyaları, fikirləri təqdim olunmalıdır ki, bu kimi məlumatların təhlili nəticəsində xalq, insanlar bir qərara gələ bilsinlər. Xalqın bu kimi vacib və böyük önəm daşıyan milli məsələnin həll olunması prosesinə qatılması çox vacib bir işdir».
Azərbaycan konstitusiya dəyişiklikləri ilə bağlı referendum martın 18-də keçiriləcək.
Əsas Qanuna 30-a yaxın dəyişiklik təklif olunur. Müzakirəyə səbəb olan əsas dəyişiklik bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın ləğv edilməsidir.