Bir gündə iki partlayış

Bakıda daha bir ev partlayıb. Partlayış Bakının Balaxanı qəsəbəsindəki Dirçəliş küçəsi, dalan-3, ev-1-də baş verib. Partlayış zamanı dörd nəfər yanıq xəsarəti alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Digər bir partlayış Xırdalan şəhəri 18-ci məhəllə, ev 80-də baş verib. «Turan»ın məlumatına görə, hadisə təbii qaz sızmasından baş verib.

Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış Eyvaz İsgəndərov və onun qızı Fəridə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.