Qoran Lenmarker Bakıya gəlir

Fevralın 12-i axşam ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrlə bağlı xüsusi nümayəndəsi Qoran Lenmarker regiona səfəri çərçivəsində Bakıya gələcək.

Bu barədə «Turan»a ATƏT-in Bakı nümayəndəliyinin informasiya departamentinin rəhbəri Rəşad Hüseynov bildirib.

Onun sözlərinə görə, Q.Lenmarkerin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.

Q.Lenmarkerin Cənubi Qafqaz ölkələrinə səfərinin məqsədi hər üç ölkənin rəhbərliyi, habelə QHT-lərilə regiondakı münaqişələri müzakirə etməkdir.

Q.Lenmarker regiona səfərini fevralın 9-da Yerevandan başlayıb. Hazırda o, Tbilisidədir.