Hiddink «Çelsi»nin baş məşqçisi təyin olunub

Qus Hiddink «Çelsi»nin baş məşqçisi təyin olunub. Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Hiddink cari futbol mövsümünün sonuna qədər London klubunu çalışdıracaq.

Hollandiyalı mütəxəssis həmçinin futbol üzrə Rusiya yığmasının da baş məşqçisi postunda qalacaq.