Arif Paşayev «Şərəf» ordeni ilə təltif edilib

Arif Paşayev

Arif Mir Cəlal oğlu Paşayev «Şərəf» ordeni ilə təltif edilib. Bu haqda prezident İlham Əliyevin fevralın 12-də imzaladığı sərəncamda deyilir.
Sənədə görə, cənab Paşayev bu titula Aərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətlərinə görə layiq bilinir.

Bundan əvvəl - 2004-cü il fevralın 15-də A.Paşayev «Şöhrət ordeni»nə layiq görülüb.

Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır.

O, 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir.

Arif Paşayev prezident İlham Əliyevin qayınatasıdır.