Lenmarker: «Bu il Qarabağ münaqişənin həlli mümkündür»

O, Türkiyənin münaqişənin həllində köməklik göstərə biləcəyini də vurğulayıb

«Bu il Dağlıq Qarabağ münaqişənin həlli mümkündür. Bu işdə hər iki ölkə üçün əlverişli imkan var». Bunu Bakıda səfərdə olan ATƏT Parlament Assableyasının Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker jurnalistlərə deyib.

O, Türkiyənin münaqişənin həllində köməklik göstərə biləcəyini də vurğulayıb.

Qora Lenmarker Azərbaycan rəsmiləriylə danışıqlara başlayacaq. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionu ilə bağlı müzakirələr aparılacaq.