Rusiya və Ermənistan birgə RƏM sistemi yaradacaqlar

Rusiya və Ermənistan birləşmiş Raket Əleyhinə Müdafiə (RƏM) sistemi yaradacaqlar.

Bu barədə fevralın 13-də Moskvada keçirilən mətbuat konfransında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib:

«Rusiya və Belarus arasında yaradılan birləşmiş RƏM sistemi KTMT çərçivəsində aparılan işin yalnız bir hissəsidir. Biz belə bir birgə ikitərəfli sistemin Rusiya və Ermənistan arasında da yaradılmasını nəzərdə tuturuq».