«Böyük 7-lər» proteksionist tədbirlərdən qaçmağa çağırırlar

Roma görüşündə Birləşmiş Ştatlar, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın nümayəndələri iştirak edib

Qlobal iqtisadi böhranla mübarizədə proteksionist tədbirlərdən qaçmaq lazımdır.

Bunu «Böyük 7-lər» ölkələrinin Maliyyə nazirləri Roma görüşündə bəyan ediblər.

Toplantıda qeyd olunub ki, azad ticarətin qarşısına maneələr qoymaq qlobal iqtisadi böhranı daha da dərinləşdirəcək.

Görüş iştirakçıları Qlobal Maliyyə Sisteminə etibarı bərpa etmək üçün bütün mümkün imkanlara əl atacaqlarını vəd ediblər.

Roma görüşündə Birləşmiş Ştatlar, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın nümayəndələri iştirak edib.