«Muğan» «Qəbələ»yə böyük hesabla məğlub olub

Futbol üzrə Azərbaycan premyer-liqasının 14-cü turunun bəzi oyunları keçirilib.

«Muğan» (Salyan) Qəbələnin eyniadlı komandasına məğlub olub - 0:4

«Qarabağ» (Ağdam) «Bakılı»dan (Bakı) üstün olub - 3:0

Eyni hesab iki Bakı klubunun (MOİK - «Bakı») qarşılaşmasında qeydə alınıb. Ancaq bu dəfə meydan sahibləri məğlub olub.

Fevralın 15-də turun daha dörd oyunu keçiriləcək.