Yüz minlərlə müsəlman Kərbalaya toplaşıb

Yüz minlərlə müsəlman Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin 40-cı yas gününü qeyd etmək üçün İraqın Kərbala şəhərinə toplaşıb.

Kərbala şəhəri İraqın paytaxtı Bağdaddan 80 kilometr cənubda yerləşir və İmam Hüseyn, eləcə də onun ardıcıllarının qətlə yetirildiyi yer kimi müsəlmanlar arasında müqəddəs ziyarətgahlardan biri hesab edilir.

İraq rəsmilərinin məlumatına görə, ötən həftə də mərasimlə bağlı milyonlarla insan Kərbalanı ziyarət edib.

Ötən gümə günü isə, kamikadzenin törətdiyi partlayış nəticəsində Kərbalaya gəlmiş 42 zəvvar həlak olub.