Çaves konstitusiyanı dəyişdi

Müxalifətçilər deyirlər ki, konstitusiyaya dəyişiklik Venesuelanı diktaturaya yaxınlaşdırıb

Venesuela prezidenti Hüqo Çaves prezidentlik müddətinə limitin götürülməsinə nail olub.

Fevralın 15-də keçirilən referendum nəticəsində Venesuela konstitusiyasına dəyişiklik edilib. Beləliklə, Hüqo Çaves 3-cü dəfə prezident seçkisində iştirak edə bilər.

Çavesin prezidentlik müddəti 2013-cü ildə başa çatır. O, deyib ki, 13-cü ildən sonra da hakimiyyətdə qalmaq, Venesuelanın sosialist inqilabını qorumaq istəyir.

Müxalifətçilər deyirlər ki, konstitusiyaya dəyişiklik Venesuelanı diktaturaya yaxınlaşdırıb.