Müdafiə Nazirliyinin Tərtərdə yerləşən «N» saylı hərbi hissəsində əsgər Orxan Vəliyevin özünü güllələməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi qaldırılıb. Bu barədə «Turan»a Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfraim Təhməzov bildirib.
Onun sözlərinə görə, hələlik faktla bağlı məsuliyyətə cəlb edilən yoxdur. Hadisənin işgəncə nəticəsində baş verib-verməməsi isə istintaqın nəticəsindən sonra bəlli olacaq.
Sumqayıt Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Orxan Vəliyev fevralın 2-də xidmət etdiyi hərbi hissədə odlu silahdan özünə atəş açıb. Fevralın 17-də isə MN-in mərkəzi kliniki hospitalında dünyasını dəyişib.