Bakı-Rəşt dəmiryolu xətinin çəkilməsi məsələsi müzakirə olunur

Bu barədə jurnalistlərə Azərbaycan Dəmiryolunun rəisi Arif Əsgərov məlumat verib.

O, bildirib ki, bu dəmiryolunun çəkilməsi üçün 260 milyon avro lazımdır. Maliyyə vəsaitinin haradan alınması məsələsi hələ dəqiqləşməyib.

Əsgərov deyir ki, dəmiryolunun çəkilməsi ilə bağlı konsorsium yaradıla bilər.

Fevralın 19-da Bakıda İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın 7-ci iclası başlayıb. Bakı-Rəşt dəmiryolunun çəkilməsi məsələsi də komissiyada müzakirə edilən məsələlər sırasındadır.